MALİYYƏ

Avrupada "pulun sahibi" kim olacaq?

Mətbuatda yer alan xəbərlər Avrozonada yeni mərkəzi bank rəhbəri ilə bağlı ehtimalların daha açıq şəkildə müzakirə olunmasına səbəb olub.

Financial Times qəzetinin yaydığı məlumata görə, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Christine Lagardeın səkkiz illik səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatsa da, onun bu tarixdən əvvəl vəzifəsindən ayrılacağı gözlənilir.

Məlumatda bildirilir ki, Lagardın gələn ilin aprelində keçiriləcək Fransa prezident seçkilərindən öncə postunu tərk etmək niyyətində olduğu iddia edilir. Bununla da onun yerinə təyin olunacaq namizədin Emmanuel Macron və Almaniya kansleri Friedrich Merz tərəfindən birgə müəyyənləşdirilməsi mümkün ola bilər.

Eyni zamanda xəbərdə Lagardın konkret olaraq nə vaxt istefa verəcəyi ilə bağlı dəqiq tarixin hələ məlum olmadığı vurğulanır. AMB sözçüsü isə Bloomberg-ə elektron poçt vasitəsilə açıqlamasında bildirib ki, “Prezident Lagard tam şəkildə öz vəzifəsinə fokuslanıb və səlahiyyət müddətinin başa çatması ilə bağlı hər hansı qərar qəbul etməyib.”

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)