Mərkəzi Bank 1 milyon manatlıq tender elan edib
Azərbaycan Mərkəzi Bankı iki istiqamət üzrə satınalma proseduruna başlayıb.
ENA.az xəbər verir ki, ilk tender" Microsoft 365 E3" və "Microsoft Teams Enterprise" lisenziyalarının satın alınması ilə bağlıdır.
Bu satınalma üzrə ehtimal olunan qiymət 995.825,60 manat təşkil edir.
İkinci tender isə yağ ayırıcı avadanlıqlar üçün yağın təmizlənməsi xidmətinin satın alınmasını nəzərdə tutur. Ehtimal olunan qiymət isə 11.655,03 manatdır.
Beləliklə, hər iki satınalma üzrə ümumi ehtimal olunan məbləğ 1.007.480,63 manat təşkil edir.
Hər iki tender üzrə təkliflərin son təqdim olunma tarixi və vaxtı 20 maydır.


















