İran müharibəsi təchizat zəncirlərini daimi olaraq dəyişdirib
Birləşmiş Ərəb Əmirliklərində yerləşən liman və terminal operatoru olan Gulftaine şirkətinin baş direktoru Farid Belbuabın sözlərinə görə, İran müharibəsi qlobal təchizat zəncirlərini dönməz şəkildə dəyişdirib və müştərilər təchizat təhlükəsizliyini xərcdən üstün tutublar.
Gulftainer şirkətinin baş direktoru Fərid Belbuab İran müharibəsinin təchizat zəncirlərini birdəfəlik dəyişdirdiyini bildirib.
BƏƏ-də yerləşən Gulftainer şirkəti Yaxın Şərqdəki konteyner terminallarını, o cümlədən Oman körfəzinə baxan Hörmüz boğazının kənarında yerləşən Xor Fakkan limanını idarə edir.
Belbuab bildirib ki, müharibədən əvvəl həftədə təxminən 2000 konteyner qəbul edən Xor Fakkan limanı, Hörmüz boğazının demək olar ki, tamamilə bağlanması və Dubay yaxınlığındakı Cəbəl Əli limanına gedən nəqliyyatın dayandırılması səbəbindən hazırda təxminən 50.000 konteyner qəbul edir. O əlavə edib ki, münaqişədən əvvəl gündə cəmi bir neçə yüz yük maşınının girib-çıxdığı limana indi gündə təxminən 7000 yük maşını daxil olur.
Bloomberg TV-yə verdiyi müsahibədə Belbuab müharibənin artıq xərclər barədə o qədər də narahat olmayan müştərilərinin düşüncə tərzini dəyişdirdiyini bildirib. O qeyd edib ki, alternativ variantlar təklif etmək məqsədi ilə logistika dəhlizləri yenidən dizayn edilir.
Rəsmi şəxs Hörmüz boğazının mütləq açılacağını bildirib və əlavə edib: "Lakin, yükgöndərənlər, gəmi sahibləri və idxalçılar təchizat zənciri strategiyaları barədə çox aydındırlar və nəticə etibarilə yalnız bir seçimə etibar etməyin riskli olduğunu bilirlər. Bu gün ən sürətli marşrut və ya ən uzun marşrut olması fərq etmir, əsas odur ki, yükü təyinat yerinə çatdıra bilək".

















