Ruslan Quliyev vəfat etdi - YENİLƏNİB
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.
ENA.az xəbər verir ki, Ruslan Quliyev İsmayıllı rayonuna səfər edən xarici turistlərlə birgə olub. Dünən onun səhhəti qəfildən pisləşib və tibbi yardım üçün İsmayıllı rayon xəstəxanasına çatdırıblar. Bugün səhər isə vəziyyəti daha da ağırlaşıb və həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
1973-cü il təvəllüdlü Ruslan Quliyevin beyin ölümündən sonra ürəyi dayanıb. Bugün mərhumun Bakıya gətirələcəyi və sabah dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib. Allah rəhmət eləsin.
















