Liviyanın neft hasilatı 13 illin zirvəsinə çatıb
Liviyanın Milli Neft Şirkətinin (MNŞ) sədri Məsud Süleyman bazar günü ölkənin xam neft hasilatının gündə 1,44 milyon barelə çatdığını açıqladı.
Reuters-in məlumatına görə, bu rəqəm 2013-cü ildən bəri ölkədə qeydə alınan ən yüksək istehsal səviyyəsidir. Siyasi qeyri-sabitlik və infrastruktur problemləri səbəbindən tez-tez fasilə verilən Liviyanın neft hasilatı bu inkişafla son 13 ildə ən yüksək göstəriciyə çatıb.


















