Qazaxıstan gündəlik neft hasilatını yarıya endirdi: səbəb Ukrayna dranlarının terminalı vurmasıdır
Reuters agentliyinin sənaye mənbəyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) ixrac terminalında yükləməni dayandırdıqdan sonra gündəlik neft hasilatını yarıdan çox azaldıb.
Mənbənin məlumatına görə, 26 iyul bazar günü Qazaxıstanda neft və qaz kondensatının istehsalı iyun ayında gündəlik orta hesabla 2,16 milyon bareldən təxminən 1 milyon barelə (133,200 ton) düşüb.
Eyni zamanda, Qazaxıstanın Energetika Nazirliyi Ukraynanın Novorossiysk limanına hücumları nəticəsində yaranan dayandırmadan sonra CPC terminalının neft qəbulunu və boşaldılmasını bərpa etdiyini bildirib. Nazirlik neft hasilatının azalması ilə bağlı heç bir şərh verməyib.
Qazaxıstan dünyanın ən böyük on neft istehsalçısından biridir. CPC boru kəməri Qazaxıstanın neft ixracının 80%-dən çoxunu təşkil edir. Qazaxıstanın Energetika Nazirliyi 23 iyulda Novorossiysk limanında yükləmənin dayandırılması səbəbindən ölkənin neft hasilatını müvəqqəti olaraq azaltdığını açıqlayıb. Bundan əvvəl Ukrayna bir neçə gündür CPC terminalında Rusiya tankerlərinə hücum edirdi.


















