MALİYYƏ

Bakı Fond Birjasında geriləmə

2019-cu ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 5 milyard 987 milyon 879 min manat  təşkil etmişdir.

Bakı Fond Birjasından “ENA”ya daxil olmuş məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əqdlərin həcmi 21,4% azalıb.  

2018-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7 milyard 620 milyon manat təşkil etmişdi. 

Azalma dövlət qiymətli kağızlar və törəmə alətlər bazarlarında baş verən geriləmələr ilə bağlıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)