Azərbaycanda “fiskal pərakəndəlik” və maraqların konflikti necə aradan qalxa bilər?
Bugün Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mane olan amillərdən biri də inzibatçılıq problemidir. Sahibkarlığa dəstək tədbirləri kifayət etmir, həm də fiskal idarəetmənin səmərəli təşkili mühüm rol oynayır. Hazırda fiskal siyasəti həyata keçirən qurumların pərakəndə fəaliyyəti biznes mühitində əlavə çətinliklər yaradır və bu, dövlət büdcəsinin gəlirlərinə də mənfi təsir edir.
“Fiskal pərakəndəlik” və maraqların konflikti
Bu gün həm vergi, həm sosial, həm də gömrük yığımları müxtəlif qurumlar tərəfindən həyata keçirilir – Dövlət Vergi Xidməti (DVX) və Dövlət Gömrük Komitəsi (DGK), Dövlət Sosial Müdafiə Fondu. Bu isə bir sıra problemlərə yol açır.
• Məsələn, gömrük planını yerinə yetirmək üçün bəzi hallarda idxal mallarının invoys dəyəri yüksək göstərilir – nəticədə, məhsulların maya dəyəri artır və mənfəət vergisi üçün vergitutma bazası daralır.
• İki avtonom informasiya məlumat sistemi və s. pərakəndəlik əlavə bürokratik prosedurlar yaradır, və .s
• Daha mühüm problem isə vergi xidmətinin yeri ilə bağlıdır. Vergi yığımı və sahibkarlığın inkişafının eyni qurum (İqtisadiyyat Nazirliyi) altında olması maraqlar konflikti yaradır.
• İqtisadiyyat Nazirliyi həm sahibkarlar üçün vergi yükünü optimallaşdırmalı və aşağıda saxlamalı, həm də dövlət büdcəsinə mümkün qədər çox vergi gəliri toplamalıdır.
Ona görə də iqtisadçılar bizneslə bağlı dövlətin fiskal siyasətini həyata keçirən qurumların işi əlaqələndirilərək vahid mərkəzli rahat və çevik xidmət təşkil olunmasını təklif edirlər.
Beynəlxalq təcrübə necədir?
Beynəlxalq təcrübə göstərir ki, 5 fərqli model mümkündür. Son illərdə bunlardan “yarı-muxtar fiskal orqan” modelinə daha çox rast gəlinir.
Həm gömrük, həm vergi funksiyalarını özündə birləşdirən belə qurum yalnız fiskal səlahiyyətli olmalıdır.
• OECD ölkələrindən sadəcə Çində bu qurum ayrıca nazirlik kimi təşkil olunub. Avropa Birliyində fiskal orqan əsasən Maliyyə Nazirliyinin tərkibindədir. Bu isə Azərbaycan üçün effektiv hesab edilmir, çünki Maliyyə Nazirliyi həm də dövlət büdcəsinə nəzarət, xəzinə funksiyasını yerinə yetirir.
• Hazırkı mövcud model də effektiv olmadığına görə, Azərbaycan üçün ən real model vergi, gömrük və sosial ödənişlərin toplanmasına məsul olan müstəqil bir qurum olmalıdır. Məsələn, Dövlət Gəlirlər Agentliyi.
• Bu qurum sırf fiskal mandata malik olmalı və biznesin inkişafı və büdcə dayanıqlılığı məqsədilə digər qurumlarla əməkdaşlıq edərək “qızıl orta” tapmalıdır.
Qeyd edək ki, fiskal yığımların vahid qurumda toplanması praktikası daha effektivdir və mövcud şəraitdə vergiyığma funksiyasının İN-də olması ciddi çağırışdır. Alternativlərə əsaslanaraq, gömrük və vergi funksiyalarının “milli gəlir agentliyində” toplanması (Maliyyə Nazirliyi ola bilər, lakin bu halda Xəzinədarlıq oradan çıxarılmaqla) optimal versiya ola bilər.


















