Səhər saatlarında ucuzlaşan qızıl yenidən bahalaşıb (22.10.2025)
Səhər saatlarında ucuzlaşan qızıl sonradan qiymət artımı nümayiş etdirib.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.81% artaraq 4142 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.33% yüksələrək 48.34 ABŞ dolları təşkil edib.


















