İnşaat və əmlak

Bakıda daha bir ərazidə binalar plana düşdü

Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanır.

Söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir.

Köhnə tikili binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.

Layihəni həyata keçirən “Kursus Nizami” MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni 16 mərtəbəli binalar əvəzləyəcək.

Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar. (Xezerxeber.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)