Qızıl və gümüş bahalaşıb (30.10.2025)
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0,98 faiz artaraq 3969.29 ABŞ dollarına bərabər olub.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0,37% artaraq 47.736 ABŞ dolları təşkil edib.

















