Yaxın Şərqdə hücumlar nefti bahalaşdırıb (14.09.2026)
Neftin qiyməti 2%-dən çox artıb
Neftin qiyməti Orta Şərqdə artan hücumlar və qlobal tədarüklə bağlı narahatlıqlar fonunda 2%-dən çox yüksəlib.
ENA.az xəbər verir ki, Brent markalı neftin qiyməti 2,77% artaraq 107,51 ABŞ dollarına, WTI markalı neftin qiyməti isə 2,27% yüksələrək 102,32 dollara çatıb.
Bahalaşmaya Səudiyyə Ərəbistanının əsas neft kəmərinin dron hücumundan sonra fəaliyyətini dayandırması, habelə Hürmüz boğazında gəmilərə qarşı hücumların davam etməsi səbəb olub.
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin bağlanması qlobal neft tədarükünün 4%-dək hissəsini risk altına salıb. Eyni zamanda, Babülməndəb boğazında da təhlükəsizlik riskləri artır.


















