Neft Fondu büdcəyə vəsait köçürməsi üzrə aylıq normanı icra edib
Bu ilin yanvar ayında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 1 milyard 70 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.
Xatırladaq ki, bu il ARDNF büdcəyə 12 milyard 835 milyon manat vəsait köçürməlidir. Beləliklə, 1 aylıq ödəniş tam icra edilib. 2025-ci ildə isə Fond büdcəyə 14,481 milyon manat ödənişi həyata keçirib.
















