Azərbaycandan olan Alməmmədov Qazaxıstandakı “Hilton”a rəhbər təyin edilib
Azərbaycandan olan kadr Cavid Alməmmədov Qazaxıstandakı “Hilton” hotelə rəhbər təyin edilib.
Məlumata görə, Alməmmədov 2026-cı ilin martından etibarən Almatı şəhərindəki “Hilton Hotels&Resort”a baş menecer təyin edilib.
O buna qədər Bakıdakı “Hilton”nun Əməliyyat direktoru idi.
Alməmmədov səkkiz ildən çoxdur ki, “Hilton” hotel şəbəkəsinə qoşulub. İndiyə qədər “PMD Hospitality” kimi şirkətlərdə çalışıb.
















