Gündəm

Ağ Ev Konqresə müharibə büdcəsi təqdim etməyi planlaşdırır

ABŞ prezidenti Donald Trampın administrasiyası çərşənbə axşamı ABŞ Konqres komitələrinə təqdim etdiyi hesabatda İrana qarşı hücumların ilk iki günü ərzində 5,6 milyard dollarlıq sursatdan istifadə etdiyini açıqlayıb.

ENA.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters“ məlumat yayıb.

Məlumata görə, Konqres üzvləri Ağ Evin tezliklə müharibə üçün əlavə maliyyə tələbini Konqresə təqdim etməyi planlaşdırdığını düşünür.

Bəzi rəsmilər tələbin 50 milyard dollar ola biləcəyini deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)