Tramp: Razılaşma olmazsa, İranı məhv edə bilərəm
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmaması halında hərbi əməliyyatların genişləndirilə biləcəyini bildirib.
ENA.az xəbər verir ki, Tramp BMT Baş Assambleyasındakı çıxışında İranla razılaşmanın əldə olunmaması halında ölkəni “məhv edə biləcəyini” deyib. O, İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini vurğulayıb.
Tramp bununla yanaşı, İranla danışıqların davam etdiyini və razılaşmanın mümkün olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ və İran nümayəndələri arasında üç saatlıq görüş keçirilib və görüş “çox məhsuldar” olub.
ABŞ Prezidenti yeni görüşün yaxın zamanda keçiriləcəyini də açıqlayıb. Tramp daha əvvəl müharibənin noyabrda keçiriləcək ABŞ ara seçkilərindən sonra, hətta daha əvvəl başa çata biləcəyini bildirmişdi.


















