Gündəm

Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən azad olundu

Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb.

ENA.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.

Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.

Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, hazırda Nizami Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)