Azərbaycan Dövlət Neft Fondu 22 ton qızılı niyə satıb? - RƏSMİ AÇIQLAMA
Azərbaycan Dövlət Neft Fondu 2026-ci ilin yanvar-mart aylarında 22 ton qızıl satıb. "Hazırda qızılın ən likvid və etibarlı aktiv olduğunu nəzərə alsaq, belə bir satışın səbəbi nə ilə izah olunur" - sualı ilə Fonda sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq Fond bildiririb ki, 2026-cı ilin I rübü ərzində qızılın qiymətində müşahidə olunan artım fonunda qızıl altportfelinin çəkisinin Fondun İnvestisiya Siyasətində müəyyən edilmiş hədəf səviyyəni (icazə verilən kənarlaşma intervalı nəzərə alınmaqla) üstələdiyi qeydə alınıb. Bu baxımdan, bazar şəraiti də nəzərə alınmaqla portfelin tarazlaşdırılması məqsədilə qızılın çəkisinin tədricən hədəf səviyyəyə qaytarılması istiqamətində müvafiq əməliyyatlar həyata keçirilib.
Məlumatda qeyd edilib ki, Fond beynəlxalq təcrübədə iri institusional investorlar risk-gəlirlilik balansının hədəflənən səviyyədə saxlanılması məqsədilə investisiya portfellərini müxtəlif aktiv sinifləri üzrə şaxələndirərək onlar üçün optimal səviyyəni müəyyən edir. Bu kontekstdə hər bir aktiv icazə verilən kənarlaşma intervalı da daxil olmaqla həmin səviyyələr çərçivəsində idarə edilir və bazar dəyişiklikləri nəticəsində yaranan fərqlər tarazlaşdırma mexanizmi vasitəsilə müvafiq hədlərə gətirilir.


















