Azərbaycan neftinin qiyməti 110 dolları ötdü (12.05.2026)
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.
ENA.az xəbər verir ki, neftin 1 barelinin qiyməti 0.50 ABŞ dolları və ya 0.45% artaraq 110.48 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

















