Tramp: Türkiyə F-35 qırıcılarını alacaq
ABŞ Prezidenti Donald Tramp Türkiyənin beşinci nəsil F-35 qırıcılarını alacağını bəyan edib.
“Türkiyə F-35-ləri alacaq”, – deyə o, Ankarada keçirilən NATO sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı bildirib.
Ankarada keçirilən iki günlük NATO sammitində Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olan 32 ölkənin lideri iştirak edir. İyulun 8-də alyansa üzv dövlətlərin dövlət və hökumət başçılarının iştirakı ilə plenar iclas keçiriləcək.


















