MALİYYƏ

Azərbaycanın xarici dövlət borcu 4,7 milyard dollara düşüb

Bu il mayın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 678,4 milyon ABŞ dolları təşkil edib.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 7,8 % azdır.

Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)