Hadisə

Vaşinqtonun İran ssenarisi: Əhmədinejad üzərində qurulan plan niyə dağıldı?

ABŞ və İsrailin İranda hakimiyyət dəyişikliyi planı hazırladığı, bu çərçivədə isə ölkənin keçmiş prezidenti Mahmoud Ahmadinejad üzərində dayandıqları iddia olunur.

Bu barədə The New York Times ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, planın bir hissəsi kimi İsrail Hərbi Hava Qüvvələri müharibənin ilk günündə Tehranda Əhmədinejadın ev dustaqlığında saxlanıldığı evin mühafizəsini hədəfə alıb. Peyk görüntülərinə əsasən, zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərinin yerləşdiyi bina dağıdılıb.

Məlumata görə, hücum zamanı Mahmud Əhmədinejad da yaralanıb. Bundan sonra isə o, hakimiyyət dəyişikliyi planından uzaqlaşıb. Bildirilir ki, hücumdan sonra keçmiş prezident ictimaiyyət qarşısına çıxmayıb və hazırda harada olduğu məlum deyil.

“The New York Times” qeyd edir ki, Əhmədinejadın İranın yeni lideri kimi seçilməsi ilk baxışda gözlənilməz görünür. O, 2005–2013-cü illərdə prezident olduğu dövrdə İranın nüvə proqramının fəal tərəfdarı olub, ABŞ-ı sərt tənqid edib və İsrailə qarşı kəskin bəyanatlarla çıxış edib.

Bununla yanaşı, sonrakı illərdə o, ayətullah rejimini tənqid edib, İran hakimiyyətini korrupsiyada ittiham edib. Əhmədinejad 2017, 2021 və 2024-cü illərdə prezident seçkilərinə buraxılmayıb, onun yaxın silahdaşlarından bir neçəsi isə həbs olunub.

Nəşr vurğulayır ki, Əhmədinejadın Qərblə açıq əlaqələri barədə məlumat yoxdur və onun ABŞ-İsrail planında iştirak etməyə niyə razı ola biləcəyi aydın deyil.

Məqalədə həmçinin qeyd olunur ki, Donald Trump Venesuela prezidenti Nicolás Maduro ilə bağlı hadisələrdən ruhlanmış ola bilər. İddiaya görə, ABŞ xüsusi təyinatlıları Maduronu ölkədən çıxardıqdan sonra onun varisi Delcy Rodríguez Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bildirib.

Məlumatda həmçinin deyilir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının ilk günündə ölkənin ali rəhbərliyinə ağır zərbələr endirilib və İranın ali dini lideri Ali Khamenei öldürülüb.

Onun yerinə ali lider postuna oğlu Mojtaba Khamenei seçilib. Bildirilir ki, Mojtaba Xamenei də hücum zamanı ağır yaralansa da, hazırda mühüm qərarların qəbulunda, o cümlədən ABŞ ilə danışıqlarda iştirak edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)