Bank

AMB “sandbox” rejimi üzrə yeni müraciət dövrünə başlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə həllərinin növbəti sınaq mərhələsi üzrə yeni müraciət dövrünü elan edib.

ENA.az AMB-yə istinadən xəbər verir ki, müraciətlərin qəbuluna iyunun 25-də başlanılacaq və avqustun 25-nə qədər davam edəcək.

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsullarının sınağı AMB ilə bağlanacaq müqavilə əsasında həyata keçiriləcək.

Xüsusi tənzimləmə rejimi çərçivəsində əvvəlki qəbul dövrlərində seçilmiş innovativ məhsullar üzrə sınaq layihələrinin icrası hazırda davam etdirilir. Sözügedən layihələr ödəniş xidmətləri, kapital bazarları və virtual aktivlərlə əlaqəli innovativ maliyyə həllərini əhatə edir.

Xüsusi tənzimləmə rejimində iştirak etmək istəyən şəxslər "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydaları"nın 4.2-ci bəndində nəzərdə tutulmuş sənəd və məlumatları müraciətlərin qəbulu başladıqdan sonra xüsusi sandbox.cbar.az veb-səhifəsi vasitəsilə AMB-yə təqdim edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)