Sosial

Bu ay ardıcıl 2 dəfə 3 qeyri-iş günü olacaq

Bu ay üçün qeyri-iş günlərinin sayı müəyyənləşib. Belə ki, iyunda 2 dəfə ardıcıl 3 qeyri-iş günü olacaq.

ENA.az 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, ölkədə 15 iyun - Milli Qurtuluş Günü26 iyun isə Azərbaycan Silahlı Qüvvələr Günüdür.

15 iyun bazar ertəsinə təsadüf etdiyi üçün həftəsonları (13-14 iyun) daxil ardıcıl 3 gün iş olmayacaq. 26 iyun isə cümə gününə düşdüyündən həftəsonları (27-28 iyun) da daxil ardıcıl 3 qeyri-iş günü olacaq.

Beləliklə, həftəsonları ilə birlikdə iyun ayı ərzində 5 günlük iş qrafikində çalışanlar üçün ümumilikdə 10 istirahət günü olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)