Xocalıda 72 yaşayış evinin təmirinə 4.8 milyon manata yaxın vəsait ayrılır
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ Xocalı rayonunun iki kəndində fərdi yaşayış evlərinin cari təmiri ilə bağlı satınalma müsabiqələri elan edib.
Müsabiqələrdən biri Xocalı rayonunun Pirlər kəndində yerləşən 40 fərdi yaşayış evinin cari təmirini əhatə edir. Layihənin ehtimal olunan dəyəri 2 milyon 532 min manat təşkil edir.
Digər müsabiqə isə Xanyurdu kəndindəki 32 fərdi yaşayış evinin cari təmiri üçün nəzərdə tutulub. Bu işlərin ehtimal olunan qiyməti 2 milyon 239 min manatdır.
Beləliklə, hər iki kənddə yaşayış evlərinin təmirinə ümumilikdə 4 milyon 772 min manat vəsaitin yönəldilməsi planlaşdırılır.


















