MALİYYƏ

Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 22 %-ə yaxın azalıb

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 322,9 milyon ABŞ dolları təşkil edib.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % azdır.

1 il bundan əvvəl tədiyyə balansında 413 milyon ABŞ dolları kəsir olub.

Tədiyyə balansının kəsiri dedikdə, söhbət rüb ərzində reallaşmış ehtiyat aktivlərinin azalmasından gedir. Bu göstərici hesablanan zaman BPM6 (Beynəlxalq Valyuta Fondunun Tədiyyə Balansı üzrə Təlimatının 6-cı nəşri) qaydalarına və manualına uyğun olaraq yenidən qiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)