Sənaye

İndiyədək TAP-la nəql edilmiş Azərbaycan qazının həcmi açıqlandı

Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verildiyi vaxtdan etibarən Avropaya ümumilikdə 60 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib.

ENA.az TAP AG şirkətinə istinadən xəbər verir ki, qazın 50 milyard kubmetri İtaliyaya çatdırılıb.

Şirkətin məlumatına görə, 60 milyard kubmetr təbii qaz Avropada təxminən 45-60 milyon ev təsərrüfatının illik qaz istehlakına bərabərdir.

Qeyd edək ki, TAP ilə ilk qaz nəqli 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri ilə nəql olunan qazın həcmi 2021-ci ilin martında 1 milyard kubmetrə, 2022-ci ilin martında 10 milyard kubmetrə, 2025-ci ilin sentyabrında 50 milyard kubmetrə, 2026-cı ilin iyulunda isə 60 milyard kubmetrə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)