MALİYYƏ

Strateji valyuta ehtiyatları 40 aylıq idxalı qarşılayır

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,7 milyard ABŞ dolları və yaxud 0,8 % artaraq 85,8 milyard ABŞ dollarına çatıb.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bu ehtiyatlar 40 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)