Bank

BƏƏ-də “Bank Melli İran”ın fəaliyyətinə məhdudiyyət qoyulub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı İranı Milli Bankının ölkədə fəaliyyət göstərən filiallarına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirib.

Qərara əsasən, “Bank Melli İran”ın filiallarına İranla maliyyə əməliyyatları, o cümlədən pul köçürmələri və ticarətin maliyyələşdirilməsi əməliyyatlarını həyata keçirmək qadağan olunub.

Vurğulanır ki, tədbirlər BƏƏ-də aparılan nəzarət yoxlamaları zamanı bank tərəfindən ölkənin maliyyə qanunvericiliyi tələblərinin pozulmasından sonra görülüb.

BƏƏ Mərkəzi Bankı maliyyə sisteminin təhlükəsizliyi və bütövlüyünün qorunması məqsədilə nəzarətində olan qurumların qanunvericiliyə və beynəlxalq standartlara uyğun fəaliyyətini təmin etmək üçün zəruri tədbirləri davam etdirəcəyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)