Gündəm

Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “Amerikanın yeni ərazisi” adlandırıb.

ENA.az xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

Trampın paylaşdığı fotoda Bəsrə və Oman körfəzlərinin xəritəsi göstərilir. Hörmüz boğazı mərkəzdə mavi rənglə dairəyə alınıb və onun üstündə böyük hərflə “Yeni ABŞ ərazisi” qeydi var.

14 avqustda bir tədbirdə Prezident Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını tam blokadaya aldığını iddia edərək, "İranı tamamilə məğlub etdikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm" deyib.

Başqa bir sosial media paylaşımında Tramp ABŞ-ın Hörmüz boğazı üzərində "tam nəzarətə" sahib olduğunu və bu nəzarəti qoruyub saxlaya biləcəklərinə inandığını bildirib.

Lakin İran rəsmiləri tez-tez ABŞ müdaxilələrinə və dəniz blokadasına son qoymasa və 17 iyunda Tehranla Vaşinqton arasında imzalanmış müqavilənin tələblərini yerinə yetirməsə, Hörmüz boğazının açılmayacağını bildirirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)