Trump süni intellektə nəzarətin gücləndirilməsinə qarşı çıxdı
ABŞ Prezidenti Donald Trump süni intellektin inkişaf tempinin yavaşladılması və sektora daha sərt nəzarət tətbiq edilməsi ilə bağlı çağırışları rədd edib.
ENA.az xəbər verir ki, Trump süni intellekt və məlumat mərkəzlərinə qarşı “xəstə bir sui-qəsd” aparıldığını bildirib. O, AI-nin yaratdığı risklərlə bağlı narahatlıqları isə şişirdilmiş hesab edib.
Trumpın sözlərinə görə, ABŞ süni intellekt yarışında Çin və digər rəqiblərindən geri qalmamalıdır. O, əlavə tənzimləmələrin texnologiyanın inkişafına mane ola və ABŞ-ın rəqiblərinə üstünlük qazandıra biləcəyini vurğulayıb.


















