Birja

JPMorgan “Brent” üçün ədalətli qiyməti açıqlayıb

ABŞ və İsrailin İrana qarşı müharibəsi uzandıqca neft bazarının gələcək istiqamətini proqnozlaşdırmaq çətinləşir.

ENA.az xəbər verir ki, JPMorgan analitikləri münaqişənin altıncı ayına daxil olması fonunda neft bazarı üzrə dəqiq yekun ssenari müəyyənləşdirə bilmədiklərini bildiriblər. Bankın hesablamalarına görə, sentyabr ayı üçün “Brent” neftinin ədalətli qiyməti bir barel üçün təxminən 90 dollar təşkil edir.

Hazırda “Brent” neftinin qiymətinin 106 dollar ətrafında olması bazarın gündəlik təxminən 10 milyon barellik tədarük itkisi ilə yanaşı, əlavə fasilə risklərini də qiymətləndirdiyini göstərir.

JPMorgan qeyd edib ki, tədarük məhdudiyyətlərinə baxmayaraq, qlobal neft tələbinin azalması və ehtiyatlardan istifadənin gözləniləndən aşağı olması qiymət artımını məhdudlaşdırıb. Bankın məlumatına görə, münaqişə başlayandan bəri qlobal xam neft və emal olunmuş məhsul ehtiyatları təxminən 555 milyon barel azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)