Türkiyədə səsvermə başa çatdı
Türkiyədə bələdiyyə seçkisində səsvermə başa çatıb. İlkin məlumata görə, Rəcəb Tayyib Ərdoğanın Partiyası öndədir.
Ədalət və İnkişaf Partiyası (AK Parti), Müstəqil Türkiyə Partiyası (BTP), Büyük Birlik Partiyası (BBP),Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiya (DP), Demokratik Sol Partiya (DSP),Halqların Demokratik Partiyası (HDP), İYİ Partiya (İYİ Parti), Milliyyətçi Hərəkət Partiyası (MHP), Səadət Partiyası (SP),Türkiye Kommunist Partiyası (TKP) və Vətən Partiyası (VP) namizədləri ilə seçkiyə qatılıb.
Saat 22:00-a olan məlumat:
Qutuların 68%-i açılıb.
AK PARTİ
46,15%
CHP
30,36%
İYİ PARTİ
6,84%
MHP
6,14%
HDP 3,75%
Həmçinin səslərin 52.29%-ni "Cumhur" ittifaqı (AK PARTİ, MHP), 37.20%-ni "Millet" ittifaqı (CHP, İYİ PARTİ) toplayıb.
İstanbulda Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Binali Yıldırım qalib gəlib.







