Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

“Azəriqaz” smart kartların verilməsi ilə bağlı iş qrafikini dəyişdi

“Azəriqaz” smart kartların verilməsi ilə bağlı iş qrafikini dəyişdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sabahdan əlavə işçiləri ayrır.

Bu barədə “ENA”ya “Azəriqaz”dan bildirilib.

Məlumata görə, bu gün 2 saylı “ASAN Kommunal” mərkəzində smart kart tipli sayğacların kartlarının verilməsi prosesində növbələrin yarandığını nəzərə alaraq, sabahdan etibarən Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24 ünvanında (Volkswagen Bakı Mərkəzinin yanı) müştəri xidmətlərinin göstərilməsi üçün əlavə işçilər ayrılacaq: “Onlar həftənin 7 günü fəaliyyət göstərəcəklər. Bundan başqa Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində də xidmət əvvəlki qaydada davam etdiriləcək”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə