ÜTT-nin baş direktoru vəzifəsindən gedir

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedu müddətin 2021-ci ildə bitməsini gözləmədən bu vəzifədən istefa vermək niyyətindədir.
ENA.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bildirib.
Məlumata əsasən, ÜTT başçısı artıq qərarı barədə təşkilata üzv ölkələrin nümayəndələrini xəbərdar edib.
!@#
Qeyd olunur ki, Azevedunun səlahiyyətləri rəsmi olaraq bitənə qədər dörd müavindən biri müvəqqəti baş direktor vəzifəsinə təyin edilə bilər: Nigeriyalı Yonov Frederik Aga, Almaniyalı Karl Brauner, Amerikalı Alan Volf və çinli Yi Syaoçjun.











