Qazaxıstan Azərbaycana aviareysləri bərpa edə bilər

“Bu yaxınlarda qurumlararası komissiya iclas keçirib və iyunun 1-dən üç ölkəyə - Koreya Respublikası, Çin və Azərbaycana aviareyslərin bərpa olunması məsələsinin nəzərdən keçirilməsinə qərar verilib”.
!@#
ENA.az “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı naziri Beybut Atamkulov beynəlxalq uçuşların bərpa edilməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu üç ölkənin seçilməsi COVID-19 ilə bağlı qiymətləndirməyə əsaslanır.
“Ən təhlükəsiz ölkələr üzrə reytinq var və buna uyğun hərəkət edirik. Növbəti istiqamətlər Almaniya, BƏƏ, Çexiya və Tailand kimi ölkələrə ola bilər”, - nazir bildirib.











