“AGBank”ın qiymətli kağızları ticarətdən çıxarılır

Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının (BFB) listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “AGBank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhmlərinin delistinq edilməsi qərara alınıb.
Bu barədə Bakı Fond Birjası məlumat yayıb.
!@#
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.
Xatırladaq ki, bu il mayın 12-də Azərbaycan Mərkəzi Bankı “AGBank”da aparılmış dəqiqləşdirmələr nəticəsində həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyini tam itirdiyini, daha da pisləşdiyini aşkar edərək lisenziyasını ləğv edib.











