“Yeni Həyat” şirkətlərindən birləşmə xəbəri

“Yeni Həyat”lar birləşir. ENA.az xəbər verir ki, bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilib.
Məlumata görə, “Yeni Həyat” Mənzil Tikinti Kooperativi “Yeni Həyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
!@#
Yəni, “Yeni Həyat” MKT digər təşkilati hüquqi formada olan şirkətə birləşəcək.
“Yeni Həyat” MMC 2002-ci ildə yaradılıb, 20 manat nizamnamə kapitalı var. “Yeni Həyat” MKT isə 2005-ci ildə təsis edilib və 120 manat nizamnamə kapitalları var.
Hər iki şirkətə eyni şəxs – Zaur Hüseynov Ağadadaş oğlu rəhbərlik edir.











