İbrahim Kalın: Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir

Ermənistanın Azərbaycana hücumlarını kəskin şəkildə qınayırıq. Ermənistan mülki yaşayış yerlərinə hücumlar edərək atəşkəsi pozmuş, sülh və sabitliyə qarşı olduğunu bir daha göstərib.
!@#
ENA.az xəbər verir ki, xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırılmasını tələb etməlidir:
“Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır. Hücum nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.











