Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Azərbaycanda 168 günlük notlar yenidən dövriyyəyə buraxılıb

Azərbaycanda 168 günlük notlar yenidən dövriyyəyə buraxılıb

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) 168 günlük notlarını yenidən dövriyyəyə buraxıb.

ENA.az bu barədə “Bakı Fond Birjası” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, Birjada AMB-nin 50 milyon manatlıq, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 9 investor qiymət intervalı 97,2763 manat (6%) və 98,172 manat (3,99%), ümumi məbləği isə 156,316 milyon manat olan 14 sifariş təqdim edib. Tələb təklifi üstələsə də, qiymət emitenti qane etmədiyi üçün yerləşdirmə 40% az – 30 milyon manat olmaqla baş tutub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 98,168 manat (4%) müəyyən olunub.

Beləliklə, hazırda AMB-nin dövriyyədə 700 milyon manatlıq notu var. Bunun 640 milyon manatlıq hissəsi 28 günlük notlar (6,1% illik gəlirliliklə), 30 milyon manatlıq hissəsi 84 günlük notlar (3,4% illik gəlirliliklə), 30 milyon manatlıq hissəsi isə 168 günlük notlardır (4% illik gəlirliliklə).