Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Bakı-Həştərxan aviareysi ilə ilk uçuşun tarixi açıqlandı

Bakı-Həştərxan aviareysi ilə ilk uçuşun tarixi açıqlandı

Bakı-Həştərxan aviareysi üzrə ilk uçuş mayın 16-da həyata keçiriləcək. 

"BI" xəbər verir ki, uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı “Buta Airways” tərəfindən “Embraer E-190” təyyarələri vasitəsilə həyata keçiriləcək. 

Qeyd edək ki, ötən ilin dekabrın 18-19-da Həştərxandan olan nümayəndə heyəti Azərbaycana səfər edib. 

Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səfər zamanı Bakı-Həştərxan aviareysinin bərpa edilməsi müzakirə edilən əsas məsələlərdən biri olub. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə