Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qeyri-bank

Mərkəzi Bankda BOKT-lərin fəaliyyəti müzakirə olunub

Mərkəzi Bankda BOKT-lərin fəaliyyəti müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov “Azərbaycan Mikromaliyyə Assosiasiyası” İctimai Birliyinin və ona üzv təşkilatların rəhbərləri ilə görüşüb.

Bunu AMB-nin sədri Taleh Kazımov “Twitter” hesabında qeyd edib. O bildirib ki, görüşdə BOKT-lərin fəaliyyətinin genişləndirilməsi müzakirə edilib.

“Görüşdə Azərbaycanda maliyyə sektorunun inkişafı, o cümlədən BOKT-lərin fəaliyyətinin genişləndirilməsi, regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr apardıq”, – deyə baş bankir əlavə edib.