Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Suqovuşan İstirahət Parkı üçün ayrılan vəsaitin MƏBLƏĞİ AÇIQLANDI

Suqovuşan İstirahət Parkı üçün ayrılan vəsaitin MƏBLƏĞİ AÇIQLANDI

Suqovuşan İstirahət Parkı üçün ilkin olaraq 4 milyon manata yaxın vəsait ayrılıb.

Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

O qeyd edib ki, bunun içərisinə layihələndirmə işləri də daxildir.

"İkinci mərhələ üçün layihə-smeta sənədlərinin hazırlanması da bu işlər çərçivəsində həyata keçirilir".

Qeyd edək ki, oktyabrın 16-da Dövlət Turizm Agentliyi ölkənin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına mediatur təşkil edib.