Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

Azərbaycanın 9 rayonunda torpaqlar satılacaq – QİYMƏTLƏR

Azərbaycanın 9 rayonunda torpaqlar satılacaq – QİYMƏTLƏR

Torpaq müsabiqə və hərracları 10 dekabr 2025-ci il saat 15:00-da keçiriləcəkdir.

ENA.az xəbər verir ki, ərizələr 12 noyabr – 8 dekabr 2025-ci il tarixlərində qəbul edilir.

Məlumata görə, hərrac və müsabiqələr Sumqayıt, Abşeron, Lənkəran, Zərdab, Qazax, Ağstafa, Şabran, İmişli və Balakən rayonlarını əhatə edir.

Ən böyük sahə — 68,8 hektar torpaq — Ağstafa rayonunun Qırılı bələdiyyəsinə məxsus olub, 15 illik icarəyə çıxarılıb. Ən yüksək satış qiyməti isə Sumqayıt şəhərində 1051 kv.m torpaq sahəsi üzrə müəyyən edilib — ilkin qiymət 47 min 295 manatdır.

Müsabiqə və hərraca çıxarılmış bələdiyyə torpaqları ilə bağlı məlumat almaq üçün müvafiq bələdiyyəyə müraciət oluna bilər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə