Kredit portfelinin 24,3 faizini dövlət bankları verib
Azərbaycanda kredit portfelinin 70,1 faizi kommersiya banklarının payına düşür. ENA.az xəbər verir ki, 31 milyard manatdan çox olan ümumi kredit portfelinin 24,3 faizi dövlət bankları tərəfindən verilib. Bu 7 milyard 561 milyon manat deməkdir.
Qeyri-bank kredit təşkilatları isə 1 milyard 765 milyon manat kredit verib və bu 5,7 faizdir. Kommersiya bankları isə 21 milyard 842 milyon manat həcmində kredit portfelinə sahibdir.
















