"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"PAŞA Bank xalis mənfəətinin 35-40 faizini səhmdarlarına dividend olaraq ödəyə biləcəyini elan etsə də, adətən xalis mənfəətinin 60%-nədək məbləği dvidend olaraq bölüşdürür".
Məlumata görə, bunu keçirilən mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bildirib.
“PAŞA Bank” 2025-ci ili 190 milyon 271 min manat xalis mənfəət ilə başa vururb. İyun ayının 2-ci yarısında Səhmdarların ümumi yığıncağı keçiriləcək. 2025-ci ilin nəticələri üzrə 107 milyon manat dividend elan ediləcəyi barədə qərar qəbul olunacağını gözləyirik (xalis mənfəətin 56% - red)".,- Murad Süleymanov deyib.
















