KİV: İran region ölkələrini ABŞ bazalarına hücum etmək niyyəti barədə xəbərdar edib
Rəsmi Tehran ABŞ-nin İran ərazisinə hücum edəcəyi təqdirdə Yaxın Şərqdəki ABŞ bazalarına zərbə endirməkdə qətiyyətlidir.
Bu barədə "Reuters" agentliyi İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
"Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, ABŞ İrana zərbə endirsə, bu ölkələrdəki ABŞ bazalarını vuracaq. İran bu ölkələri ABŞ hakimiyyətinin bu addımlarının qarşısını almağa çağırıb", - mənbə qeyd edib.
Agentliyin bundan əvvəl yaydığı məlumata görə, ABŞ öz hərbçilərinə axşam saatlarına qədər Qətərdəki "Əl-Udeyd" avibazasını tərk etməyi tövsiyə edib.















