Gündəm

Trump: Müharibə bitəndə neftin qiyməti kəskin düşəcək

ABŞ Prezidenti Donald Trump İranla hərbi münaqişə başa çatdıqdan sonra neft qiymətlərinin sürətlə aşağı düşəcəyini bildirib.

ENA.az xəbər verir ki, Trump sosial media hesabında neftin qiymətinin hazırda müvəqqəti istisna təşkil etdiyini və İranla hərbi qarşıdurmanın sona çatması ilə kəskin ucuzlaşacağını deyib. O, münaqişənin uzun sürməyəcəyini də qeyd edib.

Trump həmçinin Hürmüz boğazından neft axınının davam etdiyini bildirib. ABŞ Prezidenti digər ölkələrin münaqişə başa çatdıqdan sonra ABŞ-ın çəkdiyi xərcləri qarşılamalı olduğunu da vurğulayıb.

Trump daha əvvəl İran müharibəsinin bu il, ehtimal ki, ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərindən sonra başa çatacağını bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)