Hadisə

Pentaqon avtomobil şirkətlərinin rəhbərləri ilə görüşdü. Onlardan silah istehsal etmələrini istədi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) azalan sursat ehtiyatlarını doldurmaq üçün əsas avtomobil istehsalçıları ilə görüşdüyü iddia edilir.

The Wall Street Journal (WSJ) qəzeti yazıb ki, Tramp administrasiyası avtomobil istehsalçılarının hərbi istehsalda daha böyük rol oynamasını istəyir.

Bu kontekstdə Pentaqon rəsmiləri Ford Motor şirkətinin baş direktoru Cim Farli və General Motors (GM) şirkətinin sədri və baş direktoru Meri Barra da daxil olmaqla, avtomobil sənayesinin yüksək səviyyəli rəhbərləri ilə görüşdülər.

Mənbələr iddia edir ki, Ukrayna və İrandakı müharibələr ABŞ-ın sursat ehtiyatlarını tükəndirib və buna görə də Pentaqon avtomobil şirkətlərini cəlb etməyi düşünür.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)