Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Cəbrayıl şəhərində yaşayış məhəllələrinin layihələndirilməsi ilə bağlı növbəti satınalmalar həyata keçirilib.
ENA.az xəbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən keçirilən satınalmalar çərçivəsində podratçı qismində Bakı Dövlət Layihə İnstitutu seçilib.
Müqavilələrə əsasən, Cəbrayıl şəhərinin 3-cü yaşayış məhəlləsinin layihələndirilməsi xidmətlərinin satın alınmasına 969 552 manat vəsait ayrılıb.
Bundan əlavə, şəhərin 2-ci yaşayış məhəlləsinin layihələndirilməsi xidmətləri üçün də eyni institutla müqavilə bağlanılıb. Bu layihənin dəyəri isə 784 045 manat təşkil edir.


















